"Kopenhagen"in "Qarabağ"a qarşı şikayətinə baxıldı - UEFA-dan qərar

17-08-2017, 21:11           
"Kopenhagen"in "Qarabağ"a qarşı şikayətinə baxıldı - UEFA-dan qərar
EFA Danimarkanın "Kopenhagen" klubunun Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı Bakıda keçirdiyi və 0:1 hesabı ilə uduzduğu ilk oyunla əlaqədar şikayət məktubuna cavab verib.

Apasport.az xəbər verir ki, bu barədə Danimarka klubunun rəsmi saytı məlumat yayıb.

Avropa futbol qurumu "Kopenhagen" "Qarabağ"ın kapitanı Maksim Medvedevin görüşün 20-ci dəqiqəsində top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurması ilə bağlı iddialarını əsassız sayıb. Belə ki, müdafiəçinin rəqibinə dirsək zərbəsi vurduğunu düşünən kopenhagenlilərin müraciətinə "yox” cavabı verilib.

Bu isə o deməkdi ki, Maksim cavab oyununda da iştirak edə biləcək.

Qeyd edək ki, "Kopenhagen"lə "Qarabağ" arasındakı cavab matçı avqustun 23-də Danimarka paytaxtında keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.