Azərbaycan millisinin futbolçusu Kipr çempionatında debüt edib
21-08-2017, 08:26
Kipr çempionatında 2017/18 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, yığmamızın futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" ilk tur çərçivəsində "Nea Salamis"in qonağı olub.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Start heyətində meydana çıxan həmyerlimiz 83-cü dəqiqədə əvəzlənib. Bu, Arazın "Anortosis"də ilk rəsmi görüşü olub.
Qeyd edək ki, "Anortosis" II turda da səfərdə oynayacaq. Komanda avqustun 27-də "Alki Oroklini" ilə üz-üzə gələcək.