"Neftçi"nin sabiq baş məşqçisi danışdı: - Çıxış yolunu getməkdə gördüm

21-08-2017, 14:56           
"Neftçi"nin sabiq baş məşqçisi danışdı: - Çıxış yolunu getməkdə gördüm
Bu gün "Neftçi”nin baş məşqçisi vəzifəsindən istefa verən Elxan Abdullayev azarkeşlərə vida sözləri ilə müraciət edib.

Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, E.Abdullayev bu qərarının "Neftçi"yə yalnız xeyir verəcəyini ümid edir:

"Hər şeydən əvvəl "Neftçi” PFK-nın rəhbərliyinə mənə inandığı və şans verdiyi üçün minnətdarlığımı bildirirəm. 3 illik müqaviləmin qüvvədə olmasına rəğmən, komandanın ilk iki turda göstərdiyi nəticələrin məsuliyyətini üzərimə götürərək istefa verdim. Bu qərar heç də asan başa gəlmədi və hər hansı bir kənar təzyiqlə bağlı deyil. Mübariz bir insan kimi indiyədək hansısa təzyiq və tənqidlərdən çəkinməmişəm. Sadəcə, son nəticələri "Neftçi”nin böyük tarixinə yaraşdırmadım. Hər şeydən maksimum əldə etməyə çalışan bir insanam və bu çətin vəziyyətdən çıxış yolunu getməkdə gördüm. Ümid edirəm ki, bu qərarım "Neftçi”yə yalnız xeyir verər. Klubda çalışdığım müddətdə mənə inanan və dəstək olan hər kəsə, hər bir azarkeşə təşəkkür borcluyam! Çox sağ olun!”

Qeyd edək ki, “Neftçi” cari mövsümdə keçirdiyi hər iki matçda (“Qarabağ” və debütant “Səbail” ilə) məğlub olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.