Türklər tur adlaya bilmədi, Qazaxıstanda qol yağmuru oldu –Cempionlar liqası
23-08-2017, 09:42
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Strateq.az xəbər verir ki, bu turda Azərbaycan azarkeşlərinin böyük maraqla izlədiyi "Sevilya” ilə Türkiyənin "İstanbul Başakşəhər” klubunun qarşılaşması olub.
İstanbuldakı 1-2 hesabı məğlubiyyətin revanşında hesabı 17-ci dəqiqədə Elia ilə türklər açsa da, ispanlar 52-ci dəqiqədə Eskuderonun qolu ilə hesaba tarazlıq gətiriblər. 75-ci dəqiqədə Ben Yedderin qolu ilə önə çıxan "Sevilya"nın qoluna türklər 83-cü dəqiqədə Viskanın gözəl zərbəsi ilə tarazlıq gətirsələr də, Çempionlar Liqasının qrup mərhələsinə çıxmaq üçün türklərə vacib olan daha bir qolu vurmaq mümkün olmayıb – 2:2.
Bu bərabərlik "Sevilya"nın qrup mərhələsinə çıxmasına imkan verib. "İstanbul Başakşəhər” isə Avropa Liqasında mübarizə aparacaq.
Pley-off mərhələsində digər qarşılaşmalar bu nəticə ilə bitib: