"Real" PSJ matçının biletləri təqribən 40 dəqiqəyə satılıb

4-02-2018, 10:18           
"Real" PSJ matçının biletləri təqribən 40 dəqiqəyə satılıb
Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində "Real" və PSJ arasında keçiriləcək ilk matçın biletləri sərbəst satışda artıq qalmayıb.

“Report” xəbər verir ki, ispan klubunun azarkeşlərinə bütün boş yerləri almaq üçün yarım saatdan bir qədər çox vaxt, təqribən 37 dəqiqə lazım gəlib.

İndi biletlər yalnız müxtəlif proqramlarda ikinci əldən satılır və qiymətlər 300 – 24080 avro arasında dəyişir.

Madridlilər dəfələrlə bu kimi təşəbbüslərə qarşı çıxış ediblər. Çünki əldən bilet alan fanatların stadiona buraxılacağına zəmanət verilmir.

"Real" və PSJ arasında ilk görüş fevralın 14-də Madridin "Santyaqo Bernabeu" stadionunda baş tutacaq. Cavab görüşü martın 6-na nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru