Avropa çempionatı: Azərbaycan İspaniyaya qarşı

4-02-2018, 13:31           
Avropa çempionatı: Azərbaycan İspaniyaya qarşı
Sloveniyanın Lyublyana şəhərində təşkil olunan futzal üzrə Avropa çempionatında Azərbaycan millisi bu gün mübarizə apardığı D qrupunda sonuncu oyuna çıxacaq.

Qol.az-ın məlumatına görə, komandamız İspaniya ilə görüşəcək. Üç komandalı qrupda ilk oyunda Fransaya qalib gələn Joze Alesionun futzalçıları artıq 1/4 finala çıxmağı təmin ediblər. Bu mərhələdə komandamızın rəqibi C qrupundan 1/4 finala vəsiqəni təmin edən Portuqaliya və ya Ukrayna olacaq. Qeyd edək ki, hərəyə 3 xal toplayan həmin komandalar da bu gün qarşılaşacaq. Bundan sonra qrup lideri və ikincisi müəyyənləşəcək. Məhz bu qrupun təmsilçiləri ilə millimizin yer aldığı qrupun qalibləri 1/4 finalda qarşılaşacaqlar.

Bu baxımdan turnirin favoritlərindən hesab olunan ispanlarla görüş qrupdakı yerimizin müəyyənləşməsi və 1/4 finaldakı rəqibimizin kim olması baxımından əhəmiyyətlidir. İspaniya yığması millimizə uduzacağı təqdirdə qrupda qalmaq ehtimalı olduğundan görüşün gərgin keçəcəyini proqnozlaşdırmaq olar.

23:45. Azərbaycan – İspaniya

Hakimlər: Vladimir Kadikov (Rusiya), Admir Zahoviç (Sloveniya), Alessandro Malfer (İtaliya)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru