Qurbanov qapıçını cəzalandırdı - Səbəb

2-10-2015, 21:26           
Qurbanov qapıçını cəzalandırdı - Səbəb
“Qarabağ”ın baş məşqçisi qolkiperə mətbuata açıqlama verməyi yasaqlayıb.

Axar.az xəbər verir ki, Qurban Qurbanov son zamanlar səhvləri ilə yadda qalan İbrahim Şehiçi bu şəkildə cəzalandırıb.

“Anderlext”lə matçdan sonra qapıçı sportnet.az-a deyib ki, baş məşqçi ona danışmağa icazə vermir, açıqlama verə bilməyəcək. Klubun müdafiəçisi Ansi Aqolli isə azerisport.az-a bildirib ki, Şehiçin buraxdığı səhvləri təkcə o etməyib: “Mənim, hətta Rəşad Sadıqovun da səhvi oldu. Ona görə də yalnız Şehiçin səhvlərini qabartmaq lazım deyil”.

Qeyd edək ki, Ağdam klubu “Anderlext”lə görüşdə 1:0 hesabı ilə qalib gələrək Avroliqanın qrup mərhələsində ikinci yerə yüksəlib. Oyunda Şehiç bir neçə səhvi ilə yadda qalıb. Hətta bir epizodda onun səhvindən rəqib qol vura bilərdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.