Aynar Məmmədovun həbs xəbəri yayıldı

12-10-2015, 10:18           
Aynar Məmmədovun həbs xəbəri yayıldı
Oktyabrın 11-i saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan, “Şüşəli bazar”ın yanındakı “Nar” kafesini xüsusi təyinatlılar mühasirəyə alıb.

teref.az xəbər verir ki, məlumatı azadliq.info yayıb. Xəbərdə bildirilir ki, əməliyyatçılar içəridəkiləri, o cümlədən kafenin sahibi Aynar Məmmədovu həbs edib. Həbs edilənlər MCQMİ-yə (bandotdel) aparılıb.
Məlumatı azadliq.info-ya verən şəxs bildirib ki, Aynar Məmmədovla birlikdə, həmin vaxt kafedə olan daha 20 nəfərə yaxın məmur övladı həbs edilib. Həbs edilənlərdən biri də Xəzər rayonun icra başçısının müavini Vaqif Həsənovun oğludur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.