Bakıda ucuz maşın bazarı – “NISSAN SUNNY” 3 MİN MANATA

12-10-2015, 21:04           

Noyabrın 10-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) avtomobil hərracı keçiriləcək. Fins.az-ın ƏMDK-ya istinadən yaydığı məlumata görə, buraxılış ili 1997-ci ildən 2007-ci ilə qədər olan 10 avtonəqliyyat vasitəsi çıxarılacaq. Minik maşınlarının qiyməti 1128 manatdan 3471 manata qədər dəyişir.
S/N
Avtonəqliyyat vasitəsinin markası
Buraxılış ili
Start qiyməti
(manatla)

10 % beh
1.
QAZ-31105-120
2005
1423
142
2.
Nissan Sunny
2007
1890
189
3.
Nissan Maxima
2004
3471
347
4.
Nissan Sunny
2006
2978
298
5.
Chery Eastar
2007
2458
246
6.
Chery A 520 Fora
2007
2119
212
7.
Chery A 520 Fora
2007
2102
210
8.
QAZ-3110-121
2003
1128
113
9.
QAZ-3110
2001
1156
116
10.
Hyundai H-100
1997
1885
189

2-ci və 10-cu sətirdə olan nəqliyyat vasitələri 3-cü dəfə və 10 % endirimlə, 3-8-ci sətirdə olan nəqliyyat vasitələri 2-ci dəfə, 9-cu sətirdə olan nəqliyyat vasitəsi isə 5 dəfədən çox və 50% endirimlə təkrar hərraca çıxarılır.
Hərracda iştirak etmək istəyənlər əldə etmək istədikləri avtomobilin start qiymətinin 10%-i qədər, Azərbaycan Mərkəzi Bankındakı AZ65NABZ01361150000000004944 nömrəli hesaba beh ödəməlidir. Daha sonra ödəniş qəbzini şəxsiyyət vəsiqəsi ilə birlikdə noyabrın 7-nə qədər hərrac komissiyasına təqdim etmək lazımdır. HTAM Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, 11a ünvanında yerləşir.fins.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.