“Allahın lənətlədiyi və məhv etdiyi” şəhər tapıldı FOTO

14-10-2015, 21:41           

ABŞ-dakı Nyu-Meksiko Universitetinin arxeoloqları bütün səmavi dinlərdə adı çəkilən, Tövrat, İncil və Qurani-Kərimdə haqqında bəhs olunan Sodom və Homorranın qalıqlarını tapdıqlarını deyiblər. “Allahın lənətlədiyi və məhv etdiyi” kimi tanınan şəhərin qalıqları İordaniyanın Təll əl Həmmam şəhərinin yaxınlığındadır. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu məkanda arxeoloji qazıntılar 2005-ci ildən bəri aparılır.

Arxeoloji qrupun rəhbəri Stiven Kollinzin dediyinə görə, axtarışların “açar”ı İncildəki məlumatlar olub.

“Sodom və Homorra zəngin şəhərlər olub. Sodom ətrafındakı yaşayış məntəqələri arasında ən böyük şəhərdi və dəniz səviyyəsindən 400 metr yüksəklikdə, dağların arasındakı İordan vadisində yerləşirdi. Tell əl Həmmamın yaxınlığındakı xarabalıq qalıqları da İncildə Sodomun məhv olunduğu tarixə uyğun dağılmış şəhərin qalıqlarıdır.

Müqəddəs kitablarda bildirilir ki, bir-birlərinin yaxınlığında yerləşmiş Sodom, Homorra, Adma, Sevoim və Bela şəhərlərində qanunsuzluqlar, əxlaqsızlıqlar, zinakarlıq, qəddarlıq, yalançılıq baş alıb getdiyi üçün bu şəhərlər Allahın qəzəbinə gəlmişdi.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.