BAKU.WS-in Erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu dəfə Ermənistan ordusuna məxsus yük maşınının aşması nəticəsində bir hərbçi ölüb, digər bir zabit isə yaralanıb. Qəza Koti kəndi yaxınlığında hərbi hissəyə gedən yolda baş verib. "ZİL-131” maşını yarğana yuvarlanıb. Nəticədə 50 yaşlı hərbçi Babken Saruxanyan hadisə yerində ölüb. 48 yaşlı zabit Artak Andreasyan isə hospitala yerləşdirilib.
Bununla da Ermənistan tərəfinin etiraf etdiyi itkilərinin sayı 55 hərbçiyə çatıb. Reallıqda isə Ermənistan ordusunun faktiki itkisi bu rəqəmi 2-3 dəfə üstələyir.