Yeni rəhbərlik Cavid Qurbanovun kadrını işdən çıxardı

21-04-2015, 13:07           
Yeni rəhbərlik Cavid Qurbanovun kadrını işdən çıxardı
“Azəryolservis” ASC-də kadr dəyişikliyi baş verib.

“APA-Economics”in xəbərinə görə, ASC-nin Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev tutduğu vəzifədən azad olunub. P. Mürsəliyevin yerinə tanınmış jurnalist Anar Nəcəfli təyin olunub.

A. Nəcəfli faktı təsdiqləyib.

O əlavə edib ki, öz vəzifəsinin icrasına bu gündən etibarən başlayıb.

DİA.AZ-a bu arada verilən informasiyada bildirilir ki, Pünhan Mürsəliyevin Dəmir Yollarında yeni vəzifəyə təyinatı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.