Bir neçə gün öncə Bakıda hüquq-mühafizə orqanları qanunsuz fəaliyyət göstərən məscid aşkar ediblər.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində məscidin Qobustan qəsəbəsi, 2-ci massivdə yerləşdiyi məlum olub.
Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Asif Nərimanov tərəfindən Aşıq Rza adına məscidin qanunsuz fəaliyyət göstərməsi və A.Nərimanovun axundluq etməsi müəyyən olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Qalib Rəhimov sayta açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, faktla bağlı araşdırmalar davam etdirilir.