Yeniyetmələrin zarafatı qanla bitdi

22-04-2015, 11:46           
Yeniyetmələrin zarafatı qanla bitdi
Tərtərdə azyaşlıların zarafatı bıçaqlanma ilə nəticələnib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Tərtər rayonun Düyərli kəndində baş verib.

Kənd sakini 16 yaşlı Şaiq Məmmədzadə ilə həmyaşıdı Əkbərov Babək Asəf oğlu arasındakı zarafat davaya çevrilib. Babək Əkbərov bıçaq zərbəsilə Şaiq Məmmədzadəni sol döş nayihəsindən yaralayıb.

Hadisə saat 22:50-də baş verib. Yaralı oğlan Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Şaiq Məmmədzadə dərhal əməliyyat olunub. Xəstəxanadan bildirilib ki, bıçaq zərbəsi daxilə nüfuz etməyib və hazırda yaralının vəziyyəti yaxşıdır.

Faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.