Vaşinqtonda 10 oktyabrda ÇİN və ABŞ ticarət əlaqələri müzakirə olunacaq

27-09-2019, 02:32           
Vaşinqtonda 10 oktyabrda ÇİN və ABŞ ticarət əlaqələri müzakirə olunacaq
ABŞ-Çin ticarət danışıqları oktyabrın 10-da Vaşinqtonda bərpa ediləcək.

Trend-in məlumatına görə, Çin nümayəndə heyətini ÇXR Dövlət Şurasının Baş nazirinin müavini Liu He rəhbərlik edəcəkdir. Cümə axşamı, Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Gao Feng, Çin səlahiyyətlilərinin ABŞ ilə ticarət danışıqlarının 13-cü turuna hazırlaşdığını söyləyib.

Bir neçə aydır Çin və ABŞ ticarət ziddiyyətlərini aradan qaldırmaq məqsədi ilə gərgin danışıqlar aparır, sonuncu 12-ci tur 30-31 iyul tarixlərində Şanxayda keçirilib. Bu həftə iki ölkənin işçi qrupları ticarət balanssızlığı və investorların qorunması problemlərini əvvəlcədən müzakirə etməyi planlaşdırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru