Rusiyada daha bir deputat koronavirusdan öldü

25-04-2020, 15:19           
Rusiyada daha bir deputat koronavirusdan öldü
Soçi Şəhər Məclisinin deputatı Konstantin Qerqişan 63 yaşında koronavirusdan ölüb.

Axar.az xəbər verir ki, bu məlumatı şəhər meri Aleksey Kopayqorodsk yayıb. O, Qerqişanın ölümündən öncəki bir neçə gün ərzində komada olduğu bildirilib.

Qeyd edək ki, Qerqişan ehtiyatda olan polkovnik idi.

Xatırladaq ki, bundan öncə Rusiyanın Moskva vilayəti Dumasının hakim Vahid Rusiya Partiyasından 64 yaşlı deputatı İvan Jukov da koronavirusdan dünyasını dəyişmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru