Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə Pirallahı rayonunda qeydə alınıb.
Belə ki, rayon ərazisində “Hyundai” markalı minik avtomobili ilə “Ford” markalı yük maşını toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb.
Ölən şəxsin “Hyundai” markalı avtomobilin sürücüsü olduğu ehtimal edilir. /Report