Valyutadəyişmə məntəqələrində dolların hazırkı qiyməti - Möhtəkirlik davam edir...

6-01-2016, 17:46           
Valyutadəyişmə məntəqələrində dolların hazırkı qiyməti - Möhtəkirlik davam edir...
Azərbaycan Mərkəzi Bankı (AMB) 6 yanvar tarixinə manatın məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, 05.01.2016-cı il tarixində banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnə 1,5626 təşkil edib.

Bununla, AMB-nin 06.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5626 səviyyəsində müəyyən olunub.

Musavat.com-un əməkdaşı paytaxt ərazisində yerləşən valyutadəyişmə məntəqələrində bu gün də dolların təyin edilən məzənnədən xeyli yüksək qiymətə satıldığının şahidi olub. Belə ki, 6 yanvar tarixində dolların alış qiyməti 1.60, satış isə 1.66 AZN təşkil edir.

Xatırladaq ki, 5 yanvar tarixində valyutadəyişmə məntəqələri dolları 1.60 AZN-ə alıb, 1.65 AZN-ə satırdılar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.