Cənubi Koreyanın “YTN” televiziyasının Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi ilə bağlı yayımladığı video görüntülər SSRİ-nin 62 il əvvəl həyata keçirdiyi sınağa aid olub.
Axar.az xəbər verir ki, bu iddia ilə Rusiyanın “Qazeta.ru” xəbər saytı çıxış edib.
Bildirilib ki, sözügedən görüntülər SSRİ-nin 1953-cü ildə Qazaxıstanda sınaqdan keçirdiyi hidrogen bombasına aid olub.