“Karantin rejiminin daha 60 gün uzadılması hələ ki, şayiə xarakteri daşıyır”.
Bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, dövlətlə vətəndaşlar arasında şəffaf dialoq var: “Qərarlar öncədən vətəndaşlara bildirilir. Hər birimizin istəyi odur ki, karantin rejimindən tez çıxaq”.