Kürdəmirdə ata oğlunu ov tüfəngi ilə qətlə yetirdi
12-07-2020, 11:53
Kürdəmirdə ata oğulu güllələyərək öldürüb. Hadisə rayonun Xırdapay kəndində baş verib. Xırdapay kənd sakini, 1959-cu il təvəllüdlü Məzahir Heybət oğlu Şəmiyev aralarında baş vermiş münaqişə zəminində oğlu, 1985-ci il təvəllüdlü Elkən Şəmiyevi ov tüfəngi ilə güllələyərək öldürüb. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. (APA)