Lotereya həvəskarı fantastik uduş qazandı – 1,6 milyard dollar

14-01-2016, 13:44           
Lotereya həvəskarı fantastik uduş qazandı – 1,6 milyard dollar
ABŞ-da ötən gün “Powerball” lotereyasında rekord məbləğdə cekpot – 1,6 milyard dollar oynanılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xoşbəxt biletin sahibi Kaliforniya sakini olub. Məlumata görə adı gizli saxlanılan cekpot sahibi uduşu dərhal götürmək istəyərsə, 930 milyon dollar, uduşu 29 il ərzində hər ay 2,5 milyon dollarla almağa razı olarsa isə bütövlüklə qazanacaq.
“Powerball” ABŞ-ın 44 ştatında, Kolumbiya dairəsində və 2 ərazisində oynanılır.

Lotereyanın direktoru Harri Qrip potensila milyarder olmaq ehtimalının 1:292 000 000-a bərabər olduğu lotereyanın ölkədə geniş ajiotaj yaratdığını və pik saatlarda təşkilatçılara saniyədə 1,3 milyon dollar gəlir gətirdiyini deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.