Bakıda qeyri-adi ölüm hadisəsi baş verib. “Viagra” həbləri qəbul edən şəxs ölüb.
Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə İnqilab küçəsində yerləşən mənzillərdən birində qeydə alınıb. Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Murad Hüseynov naməlum şəkildə ölüb. Məhkəmə tibbi ekspertizası zamanı onun dərmandan zəhərlənərək öldüyü məlum olub.
Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Polis mənzilə baxış keçirərkən cinsi istəyi artıran “Viagra” həbləri və dərman qablarını aşkarlayıblar. Oğlanın həmin həbləri həddən artıq qəbul etdiyi üçün öldüyü ehtimal edilir.
Bildirilir ki, Murad Hüseynov həmin gün evdə qadınla olub. Lakin qadın qorxduğu üçün qaçıb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.