Neft ucuzlaşmağa başladı

25-01-2016, 13:52           
Neft ucuzlaşmağa başladı
Bir müddətlik yüksəlişdən sonra neft qiymətləri yenidən ucuzlaşmağa doğru gedib.

Avropa.info xəbər verir ki, bu səhər London birjasında “Brent” markalı neftin qioyməti 0,5% enərək bir barel üçün 32 dollar olub.

Xatırladaq ki, keçən həftə Avropa Mərkəzi Bankının stimullaşdırıcı tədbirlər genişləndirəcəyi bəyanatından sonra 27 dollar olan neft 10% bahalaşmışdı. Ekspertlər hesab edir ki, neftin yüksək qiyməti qısamüddətli xarakter daşıyır. Belə ki, bazarda neftə olan tələb təklifdən az olaraq qalır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.