Arvadı 16 villa alan məmurun oğlu müxalifətçi imiş
25-01-2016, 19:21
Yanvarın 24-də ölkə gündəmini zəbt edən sensasion bir məlumat yayıldı. Azərbaycanlı bir xanımın Türkiyədə 20 milyon dollar dəyərində olan 16 villa alması mətbuatın və sosial şəbəkələrin müzakirə mövzusu oldu.
Məlumatı sensasion edən isə 16 villa alan Salyan rayon sakini 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızının SOCAR-ın yüksək vəzifəli şəxslərindən birinin həyat yoldaşı olmasıdır. Onun həyat yoldaşı SOCAR-ın əsaslı kapital qoyuluşları idarəsinin rəis müavini Qiymət Mehdiyevdir.
AzVision.az xəbər verir ki, Femida.az 20 milyon dollara 16 villa alan məmurun oğlu haqda məlumat əldə edib. Məlumata görə, SOCAR rəisinin oğlu Qismət Mehdiyev Barselonada təhsil alır. O, sosial şəbəkədə zəngin həyatı əks etdirən fotolar paylaşır. O, dünyanın müxtəlif bahalı şəhərlərindəki səyahət fotoları ilə diqqət çəkir.
Femida.az SOCAR rəisinin oğlunun milyonçu həyatını sizə təqdim edir.
Qeyd edək ki, milyonçu məmurun oğlu paylaşımlarında müxalif mövqe sərgiləyir. Qismət Mehdiyev Azərbaycan dövlətçiliyini mütəmadi olaraq tənqid hədəfinə çevirən, xarici mənbələrdən maliyyələşən səhifə və media orqanlarından paylaşımları ilə marağa səbəb olub.
Maraqlıdır, ailəsi 16 villa alan, özü isə dünyanın ən bahalı şəhərlərində gəzən məmur övladı nədən narazıdır?