Bakıda ticarət mərkəzində yanğın olub

26-01-2016, 09:32           
Bakıda ticarət mərkəzində yanğın olub
Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Qaradağ rayonunda “Meyvəli” ticarət mərkəzinin ümumi sahəsi 4 kv.m olan gözətçi köşkü, yaxınlıqda dayanmış 2 ədəd "Kamaz" markalı yük avtomobilinin birinin banının taxta üzlüyü 1 kv.m, banına yığılmış 7,5 ton tərəvəz məhsulunun 100 kiloqramı, digər yük avtomobilinin taxta üzlüyü 2 kv.m, banına yığılmış 10,5 ton tərəvəz məhsulunun 150 kiloqramı və yaxınlıqda dayanmış “Hyundai” markalı minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb.

Avtomobillərin və tərəvəz məhsulunun qalan hissəsi, həmçinin yaxınlıqdakı anbar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.