Ermənilər İkinci Qarabağ müharibəsində ölən daha 65 nəfəri etiraf edib 26-01-2021, 12:15 Ermənilər İkinci Qarabağ müharibəsində məhv edilən daha 65 separatçını etiraf edib.“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağdakı qondarma rejim açıqlayıb.Açıqlanan siyahıda ən gənc 2002, ən yaşlı isə 1961-ci il doğumludur.Beləliklə, erməni tərəfinin İkinci Qarabağ müharibəsindəki itkiləri 3 600-ü ötüb. Facebook-da paylaş