Bakıda 5 nəfərin meyitinin tapıldığı hadisə ilə bağlı YENİ FAKTLAR

24-02-2021, 11:30           
Bakıda 5 nəfərin meyitinin tapıldığı hadisə ilə bağlı YENİ FAKTLAR
Ötən gün Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfərin faciəvi şəkildə ölməsi ilə bəzi faktlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, meyitləri tapılan 16 yaşlı Atilla Əliyev və 17 yaşlı Lətif Əliyevin atası Rəşadla vəfat edən digər 2 qardaş: 21 İnkişaf Allahverdiyev və 24 yaşlı Şakir Allahverdiyevin atası yaxın dost olub. Belə ki, vəfat edən gənclərin ataları Rəşad Əliyevlə İdris Allahverdiyev Birinci Qarabağ Müharibəsində döyüşüblər və orada dostluq münasibətləri qurublar.

Bildirilir ki, Rəşad Əliyev əslən Beyləqan, İdris Allahverdiyev isə Şəmkir rayonundandır.

Artıq vəfat edən 5 nəfərin cənazəsi ailələrinə təhvil verilib və onlar dəfn ediliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru