Almaniya şirkətinin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, Almaniyanın “REBİEL Gesellschaft für İnternational Spedition und Schiffart Gmbh” şirkəti borcun ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.
Məhkəmə iddianı təmin edib.
Lakin həmin qətnamə ilə razılaşmayan “Akkord” ASC apellyasiya şikayəti verib.