Tovuz rayonunda intihar hadisəsi baş verib. 20 yaşlı Paşa Mehdiyev yaşadığı Aşağı Öysüzlü kəndində intihar edib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, intihar edən gənc oğlan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.