HƏMAS İsraildə kimya zavodunu vurdu 14-05-2021, 12:34 HƏMAS-ın “İzəddin əl-Qəssam” briqadası İsraildə yerləşən kimya zavoduna zərbə endirib.Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.Məlumata görə, Nir-Oz rayonunda yerləşən zavoda PUA vasitəsilə hücum edilib.Bununla yanaşı, İsrail ordusundan bildirilib ki, bu gün “Dəmir qübbə” sistemi tərəfindən Qəzza zolağından uçan PUA ələ keçirilib. Facebook-da paylaş