Azərbaycanda ana övladını boğaraq öldürdü - DƏHŞƏT

22-02-2016, 12:44           
Azərbaycanda ana övladını boğaraq öldürdü - DƏHŞƏT
Gəncədə dəhşətli qətl hadisəsi baş verib. Ana öz övladını boğaraq öldürüb. Gəncə Şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin Kəpəz rayonu ərazisində qeydə alınıb. Şəhər sakini 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova aralarında yaranan mübahisə zəminində oğlu-2005-ci il təvəllüdlü Elmir Telman oğlu Hüseynovu həyətyanı sahədə olan su quyusunda boğub.

Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının apardığı əməliyyat nəticəsində övladını öldürən Mətanət Hüseynova saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Hadisəni törədən qadının psixi problemlərinin olduğu bildirilir.

Valideynin övladını qətlə yetirdiyi sonuncu hadisə bir neçə gün əvvəl Beyləqanda baş verib. Rayonun Yuxarı Kəbirli kəndində yaşayan Zahid Məhərrəm oğlu İsgəndərov 6 yaşlı oğlu Ümid Zahid oğlu İsgəndərovun boğazını kəsib. Daha sonra isə mobil telefonunu söndürərək ərazidən qaçıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən ata tutularaq istintaqa cəlb edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.