Çeçenistan lideri Ramzan Kadyrov rusiyalı futbolçunu çeçen futbol komandasına dəvət edib. Dmitry Tarasov Türkiyədə Fənərbaxçamilə yarışda Putin-in şəkli olan futbolka geyindiyi üçün UEFA tərəfindən cəzalandırılıb.
Kadyrov fevralın 21-də Instagram-da yazıb ki, Terek futbolçunu almağa hazırdır. Kadyrov Rusiya liqasında oynayan Terek-in fəxri prezidentidir.
Tarasov davranışına görə cəzalandırılıb. UEFA qaydalarına görə, geyim üzərində siyasi şüar olmamalıdır. Gələn ay keçiriləcək dinləmədə futbolçuya uzunmüddətli qadağa qoyula bilər.
Kadyrov deyib ki, Tarasov komandaya gəlmək istəməsə, çeçen klubu onun cəriməsini də ödəməyə hazırdır.