Terter-Xocalı İnşa yazı müsabiqəsi

22-02-2016, 22:26           

teref.az- “Xocalı fəryadı” inşa yazı müsabiqəsinə yekun vuruldu
Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Təhsil şöbəsi Gənclər və İdman idarəsi ilə birlikdə rayonun umumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı fəryadı” mövzusunda inşa yazı müsabiqəsi keçirmişdir. Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun turu isə şəhər 2 saylı məktəb liseydə keçirilmişdir. Yekun turda 44 umumtəhsil məktəbindən 44 nəfər şagird iştirak etmişdir. İnşa yazısına 2 akademik saat vaxt ayrılmışdır.
Rayon icra hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Elvin Umudov, Gənclər və idman idarəsinin rəis əvəzi Səadət Hüseynova, rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Bayramov məktəbliləri salamlamış, onlara Xocalı soyqrımı haqqında məlumat vermişlər.
“Xocalı fəryadı” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşdirildikdən sonra onlara Xocalı soyqrımına həsr olunmuş umumrayon tədbirində rayon icra halimiyyəti və Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələr veriləcəkdir.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.