Bakıda dəhşətli avtobus qəzasının ilkin səbəbi açıqlandı

4-03-2016, 21:10           
Bakıda dəhşətli avtobus qəzasının ilkin səbəbi açıqlandı
Bakıda dəhşətli avtobus qəzasının ilkin səbəbi məlum olub. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəzaya səbəb "Toyota Prado" markalı minik avtomobilinin sürücünün idarəetməsindən çıxması olub. Belə ki, 90-EJ-790 dövlət nömrə nişanlı "Toyota Prado" yüksək sürətlə avtobusun arxa hissəsinə çırpılıb. Bundan sonra isə avtobus hərəkətdə olan 90 EE 706 nömrə nişanlı "Chevrolet"ə çırpılıb.

Hazırda hadisə yerinə gələn yol polisi əməkdaşları araşdırmalara başlayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.