Dünya bazarında neftin bahalaşması davam edir. Lent.az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün London birjasında keçirilən hərraclarda Brent markalı neftin bir barelinin dəyəri 37,95 dollara çatıb. Qərbi Texas markalı neftin bir barelinin qiyməti isə 35 dolları keçib.
Qeyd edək ki, son günlərdə neftin qiymətində artım tempi müşahidə edilir.