2 aylıq qız beşikdən yıxıldı, öldü - Bakıda faciə 5-03-2016, 11:40 Qobustan qəsəbəsi massiv 8-də yaşayan Şahin Babayevin 2 aylıq qızı bədbəxt hadisə nəticəsində vəfat edib.“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu ilin yanvarın 3-də dünyaya göz açan Bahar bir neçə gün öncə evdə beşiyindən yıxılıb.Körpə, kəllə-beyin travması ilə Nevrocərrahiyə xəstəxanasına yerləşdirilib. Xəstəxanada bir həftə müalicə olunduqdan sonra orada vəfat edib.Qaradağ rayon prokurorluğunda araşdırma aparılır. Facebook-da paylaş