Ermənistan Azərbaycan ordusunun "misli görünməmiş" zərbələri haqda: - “1994-cü ildən belə hal olmamışdı...”
11-03-2016, 14:23
Ermənistan tərəfi ötən gecə təmas xəttinin Ağdam istiqamətində gedən döyüşlər barədə məlumat yayıb. Virtualaz.org xəbər verir ki, məlumatda düşmən tərəf Azərbaycan ordusunun “növbəti diversiya həmləsi” həyata keçirdiyini, bu zaman baş verən döyüşlərdə iki döyüşçüsünü itirib “geri çəkildiyini” iddia edir. Və iddia olunur ki, erməni tərəf itki verməyib.
Lakin ardınca erməni tərəfi bildirir ki, martın 10-da və 11-nə keçən gecə Azərbaycan ordusu erməni mövqelərinə minaatanlardan və qumbaraatanlardan istifadə edərək çoxsaylı zərbələr endirib. “Bundan əlavə Azərbaycan silahlı qüvvələri qaubitsadan istifadə edib. Ötən gecə təkcə Ağdam istiqamətindəki erməni mövqeləri deyil, eyni zamanda təmas xəttindən kifayət qədər dərinliklərdə yerləşən ərazilər də zərbələrə məruz qalıb. Bu, 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasından bəri misli görünməmiş haldır”-düşmən tərəfin rəsmi açıqlamasında bildirilir.