Qarabağ qazisinin tək qızı Röya röya kim əriyib getdi ...
11-03-2016, 20:15
Martın 7-də Neyrocərrahiyyə Xəstəxanasında başından ağır əməliyyat olunan 12 yaşlı Röya bu gün həyata gözlərini əbədi yumub. Atası - II qrup Qarabağ əlilii Manuel Məmmədov Turkustan.info saytına bu barədə açıqlamasında deyib. Bildirib ki, əməliyyatdan sonra nisbətən yaxşılaşan Röyanın səhhəti dünən qəflətən pisləşib. O, süni nəfəs aparatına qoşulub: "Bu gün saat 12.00-da keçindi". Tanrı rəhmət eləsin, Tanrı o dünyasını versin! Mümkünsə Tanrı qazi qardaşımıza səbr versin!! TEREF.İNFO