Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Kiyev, Odessa və Lvovda RF-nin diplomatik nümayəndəliklərinə hücumlarla bağlı Ukraynaya nota göndərib. Trend-in məlumatına görə, bu barədə martın 11-də mətbuat konfransında Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.
O deyib ki, notada ekstremistlərin provokasiya xarakterli addımlarına xüsusi diqqət yönəldilib: "Aktivistlərin hərəkətləri Ali Radanın deputatları tərəfindən təşfiqedilib, bəzi hallarda isə istiqamətləndirilib".
M.Zaxarovanın sözlərinə görə, bu ona dəlalət edir ki, provokasiyalar əvvəlcədən planlaşdırılıb.