Bu gün günorta saatlarında rayonun Dağüstü adlanan ərazisindəki mal-qara saxlanılan qışlaqda yaşayan İmişli rayonu, Bəhrəmtəpə kənd sakini, 1989-cu ildə anadan olmuş Səfərov Təbəssüm Tahir oğlu özünü ov tüfəngi ilə vurub.
Qarın nahiyəsindən ağır xəsarətlər almış T.Səfərov Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Mərhum mal-qara saxlanılan həmin qışlaqda çobanlıq edirmiş.
İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. reaionxeberleri