Bulvarda intihar: xilasedicilər özünü dənizə atanı axtarır

12-03-2016, 00:05           
Bulvarda intihar: xilasedicilər özünü dənizə atanı axtarır
Bakıda intihar hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb. Bir nəfər özünü dənizə atıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.