Ermənilər Azərbaycan kəndini yandırdılar - Yandrıcı güllələr 10-a yaxın evə ziyan vurub

14-03-2016, 11:58           
Ermənilər Azərbaycan kəndini yandırdılar - Yandrıcı güllələr 10-a yaxın evə ziyan vurub
Ötən gün erməni silahlı birləşmələri cəbhənin Goranboy istiqamətində fəallaşıb. ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, axşam saatlarından etibarən qarşı tərəf iri çaplı silahlarla yanaşı yandırıcı güllələrdən də istifadə edərək atəşkəsi pozub. Təqribən 1 saata yaxın davam edən gülləbaran nəticəsində yüksək gərginlikli elektrik naqilini saxlayan dirəklərdən birində yanğın baş verib.

Dərhal kəndə təhkim olunmuş yanğınsöndürən maşın hadisə yerinə cəlb olunub. Alovun miqyası böyümədən qarşısı alınıb. Bir saatlıq fasilədən sonra kəndə elektrik enerjisinin verilişi bərpa olunub. Kənd sakinlərinin verdiyi məlumata görə atılan güllələr bir neçə evə gedən telefon xəttini də sıradan çıxarıb.

Rayaonda çəkiliş aparan ANS-in çəkiliş qrupu da kəndin atəşə tutulmasının şahidi olub. Tapqaraqoyunlu kəndinin atəşə məruz qalması nəticəsində 10-a yaxın evə ziyan dəyib. Həyətyanı sahələrə düşən güllələrdən də kəndin müxtəlif çaplı silahlardan atəşə tutulduğunu başa düşmək mümkündür.

Kəndin atəşə tutlması fasilələrlə təqribən saat 22 radələrinə qədər davam edib. Azərbaycan ordusunun qarşı tərəfin mövqelərinə endirdiyi zərbələrdən sonra isə təmas xəttində sükut bərpa olunub.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 124 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 129 dəfə atəş zərbəsi endirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.