Saakaşvili işdən qovulması xəbərinə aydınlıq gətirdi

15-03-2016, 12:59           
Saakaşvili işdən qovulması xəbərinə aydınlıq gətirdi
Mixail Saakaşvilinin Odessa qubernatoru vəzifəsindən istefaya göndərilməsi haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Mixail Saakaşvilinin Mətbuat Xidməti yayıb.

Qeyd edək ki, bundan öncə Ukrayna mətbuatı Prezident Pyotr Poroşenkonun Mixail Saakaşvilini vəzifədən çıxardığı haqqında məlumat yayıb. Məlumatda vurğulanır ki, Poroşenko sərəncam imzalasa da, tarix qoymayıb. Bu isə o deməkdir ki, sərəncam hər an elan oluna bilər.

Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb. Sonradan o, Odessaya qubernator təyin edilib. Korrupsiya və hökumət üzvlərinə qarşı sərt çıxışı eks-prezidenti oliqarxların əsas düşməninə çevirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.