Biləsuvarda Novruz bayramı münasibətilə imtiyazlı şəxslərə və aztəminatlı ailələrə bayram sovqatı paylanıldı.

15-03-2016, 16:27           

15 mart 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində Novruz bayramı münasibətilə Qarabağ müharibəsi əlillərinə, veteranlara, şəhid ailələrinə, Cernobul əlillərinə, digər imtiyazlı şəxslərə və aztəminatlı ailələrə bayram sovqatı paylanıldı.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, RİH-nin məsul işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Bayram sovqatını təqdim edən rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev hər bir ailəyə firavan həyat və xoş günlər arzulayaraq novruz bayramlarını təbrik etdi.Bildirdi ki, ölkəmizdə aztəminatlı ailələr və imtiyazlı şəxslər daima dövlətimizin qayğısı ilə əhatə olunmuşdur və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonra da bu siyasət uğurla davam etdiriləcəkdir.Tədbir zamanı 800 nəfər ailəyə sovqat paylanıldı.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.