Neftin qiyməti yenidən ucuzlaşıb

16-03-2016, 01:45           
Neftin qiyməti yenidən ucuzlaşıb
London və Nyu-York birjalarında keçirilən elektron hərraclar zamanı neftin dünya qiymətləri yenidən ucuzlaşıb.

"Report" xəbər verir ki, NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin aprel fyuçersləri 2,12% aşağı düşərək bir barelə görə 36,39 dollar təşkil edib.

"ICE Futures" birjasında isə "Brent" markalı neftin may fyuçersləri 1,97% ucuzlaşaraq 38,75 dollar/barelə bərabər olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.