"Bəraət almağa çalışağam" - Rauf Mirqədirov açıqlama verdi

17-03-2016, 13:14           
"Bəraət almağa çalışağam" - Rauf Mirqədirov açıqlama verdi
Bu gün azadlığa çıxan Rauf Mirqədirov jurnalistlərə açıqlamasında heç bir ölkəyə məxsus təhlükəsizlik orqanları ilə əməkdaşlıq etmədiyini qeyd edib:

"Şərti cəza hələ ki, günahsız olduğuma sübut deyil. Bəraət almağa çalışağam. Həbsdə mənə qarşı həmişə çox korrekt davranıblar. Hətta müraciətlərində belə "müəllim" kimi xitab edirdilər. Mən həmişə aktiv həyat sürən bir adam olmuşam, 23 ay təkadamlıq kamerada isə məhbus kimi yaşamışam. Üzərimdə bunun ağırlığı var, ailəmdən ayrılmaq pronlem idi. Bilirsiz ki, həbsdə olanda atam rəhmətə getdi, bu hadisələr mənə pis təsir etdi. Baş verənləri Allahın sınağı kimi qəbul edirəm. Çox ağır sınaqdır. Allah heç kimi belə sınağa çəkməsin. Bir qədər istirahətdən sorna jurnalist fəaliyyətimi davam etdirəcəm".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.