Krediti olan şəxslərin maaşları artırıldı - Fərhad Əhmədovdan təqdirəlayiq addım

17-03-2016, 14:11           
Krediti olan şəxslərin maaşları artırıldı - Fərhad Əhmədovdan təqdirəlayiq addım
Teymur Əhmədov adına Göyçay AzNar Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sahibi, Azərbaycan əsilli milyarder Fərhad Əhmədov QSC-nin bank krediti olan işçilərinin maaşlarını artırıb.

QSC rəsmilərindən biri Publika.az-a bildirib ki, Fərhad Əhmədovun göstərişi ilə AzNar QSC-nın banklara borcu olan əməkdaşlarının əmək haqları 50 faiz artırılıb. QSC-dən bildiriblər ki, zavodun digər işçilərinin də maaşlarının artırılması planlaşdırılır.

Xatırladaq ki, bu, Fərhad Əhmədovun növbəti xeyirxah addımıdır. Belə ki, ötən ilin dekabrında anasının yas mərasimində iştirak etmək üçün Göyçaya gələn milyarder 148 işçisi olan QSC-nin 87 əməkdaşının bank kreditlərini şəxsi vəsaiti hesabına ödəyərək, onların hamısının borclarını bağlamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.