Azərbaycanda genişmiqyaslı əməliyyat: 450 kiloqram heroin ələ keçdi

18-03-2016, 01:01           

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İrandan Ukraynaya yük daşıyan 90 VV 438/99 ZC 154 nömrə nişanlı yük avtomobili əməliyyat məlumatı əsasında Azərbaycan ərazisində Xaçmaz Gömrük İdarəsində saxlanılıb.

Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış zamanı gömrükçülər 450 kiloqram narkotik vasitə olan heroin aşkarlayıblar.

Komitədən onu da bildiriblər ki, hazırda əməliyyat davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.