Sabirabadda evə basqın edən maskalı şəxslər ahıl ər-arvadı döyərək pul aparıblar

18-03-2016, 13:45           
Sabirabadda evə basqın edən maskalı şəxslər ahıl ər-arvadı döyərək pul aparıblar
Sabirabad rayonunda yaşayış evinə basqın olub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qalaqayın kəndində qeydə alınıb. Kənd sakini, 1930-cu il təvəllüdlü Ələkbər Əsədovun yaşadığı evə girən 2 maskalı şəxs onu və arvadı, 1956-cı il təvəllüdlü Sümbül Əsədovanı döyərək mənzildən pul aparıblar.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin Ə. Əsədovun qohumları Ceyhun Qurbanov və Vüqar Qurbanov olmaları müəyyən edilib. Hər iki şəxs tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.